Azərbaycanın yay otlaqları: qoruyaq, məhv olmasına imkan verməyək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın yay otlaqları: qoruyaq, məhv olmasına imkan verməyək – FOTO

16:24 - 01 / 08 / 2016
Azərbaycanın yay otlaqları: qoruyaq, məhv olmasına imkan verməyək – FOTO

Qoyunların yetişdirilməsi – Azərbaycanın kənd təsərüffatının ənənəvi fəaliyyət növüdür. Bir çox yerlərdə qoyunçuluq əsas gəlir mənbəyidir.

Lakin mal-qaranın nəzarətsiz otarılması iqlim dəyişkənliklərinin təsiriylə yanaşı, eləcə də Böyük Qafqazda torpağın deqradasiyaya uğramasına, səhralaşmasına və otlaqların ildən-ilə pisləşməsinə gətirib çıxarır. Mütəxxəsislərin fikrincə, yay otlaqlarının sistemsiz istismarı onların demək olar ki, 50 ildən sonra tamamilə yox olmasına gətirib çıxaracaq.

Clima East və ya “İqlim dəyişkənliyinə ekosistemli yanaşma” layihəsi çərçivəsində məqsəd torpağın eroziya prosesini dayandırmaq, ardıcıl sistemli idarəetmə hesabına Azərbaycanın otlaqlarının məhsuldarlığını artırmaqdır.

Pilot ərazi olaraq Azərbaycanın şimal-qərb hissəsində, Böyük Qafqazın ətəklərində yerləşən İsmayıllı rayonunun yay otlaqları seçilib ki, burada heyvandarlıq əsas fəaliyyət növüdür. Layihə 1 milyon avro büdcəsilə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı (UNDP) ilə maliyyəşdirilərək həyata keçirilir. 

“Bu dağlar əvvəllər tamamilə yaşıl meşələrlə örtülmüşdü. İndi isə yay mövsümünün sonunda  burada demək olar ki, yaşıllıqlar qalmayacaq”, - bu sözləri layihənin fəallarından olan İsmayıllının Burovdal kənd sakini 40 yaşlı Bədəl Məsimov söyləyir.

Burovdal dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşərək rayonun ən uca kəndidir. Kənd möhtəşəm dağ mənzərələri və otlaqlarla əhatələnib ki, yerli fermerin təsərrüfatı bundan çox asılıdır.

FOTO – UNDP Azerbaijan

Heyvanların sistemsiz və həddindən artıq otarılması yay otlaqlarının deqradasiyaya uğranasının əsas faktorudur. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində hesab edirlər ki, bu məsələ təxirəsalınmaz fəaliyyətlər tələb edən  prioritetli ekoloji problemlərdən biridir.

Normativlərə uyğun olaraq 1 hektar yay otlağında 4-8 baş xırdabuynuzlu heyvan otarmaq olar. Həqiqətdə isə, yay otlaqlarının hər hektarında 20-30, bəzən isə 50 baş xırdabuynuzlu heyvan otarılır. 

“Bu, normanı dəfələrə üstələyir. Fermerlər elə indi də hiss edirlər ki, buralarda ildən-ilə heyvanlar üçün yem azalır.  Otlaqların nizamsız və həddindən artıq istifadə olunması 10-20 ildən sonra onların tamamilə məhv olmasına gətirib çıxaracaq”, - layihənin koordinatoru Eltəkin Ömərov xəbərdarlıq edir.

Böyük Qafqazın dağətəkləri güclü təsir altında qalıb. Belə ki, Dağlıq Qarabağın işğal olunması Azərbaycanın yay otlaqlarının yarısının – 560 min hektar sahənin itirilməsinə gətirib çıxarıb. Hazırda azərbaycanlı qaçqınlar da mal-qarasını Qafqazın ətəklərində otarmalı olurlar.

Otlaqların sistemli idarə olunması

Layihənin 2013-2017-ci illər üçün hesablanan ilkin fazası özünə otlaqların invertarlaşmasını daxil edib. Mütəxxəsislər 16 otlaq yerləşən 3 hektar ərazidə torpağın quruluş və bitki örtüyünü öyrəniblər. Nəticələr göstərib ki, bütün ərazidə elə hissələr var ki, bura güclü deqradasiyaya məruz qalaraq mikroelementləri tükənib.

Torpağın bərpa edilməsi ilə bağlı görülən tədbirlərdən biri dağ ərazilərinin əkin edilməsidir. Burovdalda şitillik təchiz edilib ki, burada regionun ənənəvi – alça, itburnu, yemişan, fıstıq, Şərq palıdı, çaytikanı, dağ gilası, yabanı alma və başqa bitkiləri yetişdirilir.

“Fidanları dağa gətirilərək orada əkirik. Bu, torpağı möhkəmlədərək onun eroziyaya uğramasının və aşınmasının qarşısını alır. Əkilmiş ərazilərin mal-qaradan qorunması üçün çəpərlərin qurulması bunu əyani göstərir ki, bitki örtüyünə imkan verilərsə bu, təbii yolla bərpa oluna bilər”, - Eltəkin Ömərov bildirir. 

Səpin üçün xaşadan fəal istifadə edirlər – bu, paxlalılar fəsiləsindən olan bitkidir ki, zülal, karbohidrat və amin turşularla zəngindir, eləcə də 70 santimetrə qədər arta bilər. Həmçinin xaşa yerli bitkilərin toxumları ilə qarışaraq mal-qara üçün qiymətli yem olur. Bundan əlavə, 1 hektar xaşa 400 kiloqrama qədər bal verə bilər.

Burovdalın bələdiyyə sədri Ağami Ağayev qeyd edir ki, sovetlər dönəmində kolxozlar olan zaman fermerlər nəyi və nə vaxt etməyi dəqiq bilirdilər:

“İndi isə əsas problem – sistemli planlaşdırılmanın olmamasıdır. Son zamanlar təcrübələr qarışıb. Hər kəs öz təsərrüfatını qarmaqarışıq, ümumi fəaliyyət sxemi olmadan aparır. Bəzən onlar ətraf mühiti və sabahkı günü düşünmədən fəaliyyət göstərirlər”.

FOTO – UNDP Azerbaijan

Həmçinin layihə çərçivəsində fermerlərə  mal-qaranın otarılması üçün növbə ilə əvəz olunma sistemi təklif olundu. Bunun üçün otlaqların ərazisi çəpərlərlənərək gündəlik otarılma üçün 3-4 hektarlıq sahələrə ayrıldı. Bu sistem fermerlərin öz mal-qarası ilə bütün dövrü keçərək ilkin əraziyə gələnədək hər sahənin təxminən iki həftə “istirahət” etməsinə imkan verəcək. 

Layihə koordinatorunun sözlərinə görə, yaxın günlərdə yeddi ən fəal fermer təsərrüfatında elektrik çəpərlər quraşdırılacaq. Bunlar heyvanlara heç bir ziyan vurmadan sahələrdən uzaq durmaq üçün reflekslər istehsal edəcək. Həmçinin bu, çobanın da işini asanlaşdıraraq.

Yerli çoban Hamis Miriyev doğma rayonunda layihə çərçivəsində həyata keçirilən fəaliyyətə müsbət yanaşır:

“Sərhədlənmiş çəpərlərin quraşdırılmasından sonra fərq hiss olunur. Doğma yurdumuzda torpağın deqradasiyaya uğramasının qarşısını almaq maraqlarımıza uyğundur”.  

“Biz özümüz də bilirdik ki, otlaqlarda problem var. Belə ki, yaşıllıqlar ildən-ilə azalırdı. Lakin nə edəcəyimizi bilmirdik”, - uşaqlıqdan çobanlıqla məşğul olan 35 yaşlı Hamis bildirir.

“Əgər yaxın illərdə yüksək dağlıq ərazilərdə torpaqların deqradasiyaya uğramasının qarşısı alınaraq yaşıl bitki örtüyü bərpa olunarsa, bu, yerli fermerlərə də böyük imkanlar açaraq onlara müsbət təsir göstərəcək”, - Hamis sözlərinə əlavə edərək bu işi seçərək, onun möhtərəm olmasını hesab edir.

FOTO – Rene Şulhoff (René Schulthoff)

Fəaliyyətin alternativ növləri

Clima East layihəsinin əsas məqsədi otlaqlarda torpaqların bərpa olunmasından başqa, Azərbaycanda əlavə hədəf olaraq – fermer fəaliyyətinin alternativ növlərinin inkişafına kömək etməkdir. Bu da fermerlər üçün mal-qaranın sayının azalması zamanı əlavə gəlir gətirməsinə yardımçı olacaq. 

Bu, arıçılıq, müalicəvi dağ otlarının toplanması, meyvələrin emal edilməsi və kompot, mürəbbə, qurumeyvə halında satılmasıdır.

Koordinatorun sözlərinə görə, arıçılıq bir çox yerli fermerləri maraqlandırıb. Belə ki, bu fəaliyyət növü çox zaman sərf etmədən real gəlir gətirə bilər. Arıçılığın bal kimi digər məhsulları – arı yapışqanı, tozcuq, arı zəhəri də güclü müalicəvi xüsusiyyətlərə malikdir.  

“Layihə çərçivəsində regionda fermer təsərrüfatı üçün sadə konstruksiyalı satış mənqətələri tikiləcək. Burada istehsalçılar diller olmadan öz məhsullarını birbaşa sata biləcəklər”, - E.Ömərov bildirir.

Həmçinin fermerlər kiçik ölçülü konteynerlərlə təmin olunacaq ki, burada satılan məhsulun növü, kəndin və rayonun loqotipi qeyd olunacaq. Beləliklə, İsmayıllı rayonunun cəlbedici məhsulları yalnız yerli sakinlər arasında deyil, eləcə də turistlər arasında da tələblilik şansı əldə edəcək.

“Fermerlərin əlavə səy göstərməsi, onlara real fayda gətirməsini dərk etdirmək bizim üçün vacibdir. Məqsədimiz – onlara perspektiv göstərərək, ilkin mərhələdə stimul verməkdir ki, onlar gələcəkdə də bu işi sərbəst şəkildə davam etdirə bilsinlər”, - E.Ömərov bildirir. 

“İsmayıllı rayon sakinlər bu işdə tamamilə maraqlıdırlar”.

Bunu layihənin yerli fəalı Bədəl Məsimov bildirir:

“İlk nəticələri gördükdə bir çox yerli fermerdə işləməyə böyük həvəs yarandı. Hətta layihə başa çatandan sonra biz, əlimizdən gələn hər şeyi edəcəyik ki, torpağımızı effektli və ehtiyatlı istifadə edək”.

FOTO – UNDP Azerbaijan

Clima East layihəsi Şərq Tərəfdaşlığının altı ölkəsində – Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusda həyata keçiriləcək. Ümumi büdcəsi 18 milyon avro olan layihə əlverişsiz iqlim dəyişikliyinə təsirin azalması və uyğunlaşmanın artırılması üçün effektiv yanaşmaların tətbiqinə kömək edəcək.

Yelena Ostapenko

Tərcümə: Samirə Xankişiyeva

Paylaş:
9196

Son xəbərlər

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20
Bütün xəbərlər