Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - FOTO

13:49 - 08 / 05 / 2024
Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin idarə heyətinin üzvü Xristo Todorov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”ni imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və Bolqarıstan Respublikasının energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinov “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Asarel Investment” şirkətinin müşahidə şurasının sədri Dimitrar Tsosorkov “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”nu imzaladılar.

Paylaş:
145

Son xəbərlər

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32
Bütün xəbərlər