Bakı aeroportunda 2024-cü ilin aprel ayında sərnişin axını 50% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı aeroportunda 2024-cü ilin aprel ayında sərnişin axını 50% artıb

Qafar Ağayev13:00 - 07 / 05 / 2024
Bakı aeroportunda 2024-cü ilin aprel ayında sərnişin axını 50% artıb

Bu ilin aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 570 minə yaxın sərnişinə xidmət göstərilib. Bu isə 379 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 54,3% xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 280 mindən çox, milli aviadaşıyıcı isə 236 min sərnişinə xidmət göstərib.

Məlumata görə, Naxçıvan istiqamətində bu ilin aprel ayında daşınan sərnişinlərin sayı 30% artaraq - 52,7 min nəfər təşkil edib. 2023 və 2024-cü ilin aprel ayının göstəricilərini müqayisə etdikdə bu marşrut üzrə reyslərin sayı 152-dən 266-yə yüksəlib.

Bununla yanaşı, tranzit sərnişinlərin sayında da artım müşahidə olunub. Ötən ilin aprel ayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 85% artaraq 28 min nəfər təşkil edib.

Beləlikdə, 2024-cü ilin ilk 4 ayında Bakı hava limanında 41,3% çox - 2 milyondan artıq sərnişinə xidmət göstərilib. Qeyd olunan dövr ərzində hava limanından populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Tbilisi, Dubay, Əbu-Dabi, Moskva, Ankara, Sankt-Peterburq, Dehli, Doha və Şarja kimi şəhərlər olub. AZAL, “Turkish Airlines”, “Ajet”, “Aeroflot”, “Rossiya Airlines”, “Air Arabia”, “Wizz Air Abu Dhabi”, “FlyDubai”, “Georgian Wings”, “Indigo”, “Qatar Airways” və digər aviaşirkətlər tərəfindən bu marşrutlar üzrə 1,178 milyondan çox sərnişin daşınıb.

Həmçinin, Bakı aeroportundan uçuş həyata keçirən aviadaşıyıcıların sayı 29-dan 34-də (14-ü loukoster) yüksəlib ki, bu da sərnişinlərə daha çox səyahət seçimi imkanı təqdim edib. Bu aviaşirkətlər tərəfindən cari ilin ilk 4 ayı ərzində 8494 reys yerinə yetirilib.

Paylaş:
151

Son xəbərlər

Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edibBu gün, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlarBu gün, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44
Bütün xəbərlər