İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO

12:40 - 05 / 05 / 2024
İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO

4 may 2024-cü il tarixdə İçərişəhərdə Milli Xalça Festivalının açılışı keçirilib. Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxış ediblər.

“İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə öz çıxışında qeyd deyib: “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin Milli Xalça Festivalına ev sahibliyi etməsi heç də təsadüfi deyil. İçərişəhər Qoruğu üçün Azərbaycanın qədim milli-mədəni ənənələrinin, sənət nümunələrinin yaşadılmasına töhfə vermək və bu istiqamətdə işlər görmək prioritet istiqamətlərdən biridir. Bu baxımdan, UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin İçərişəhərdə təşkil olunan Milli Xalça Festivalı vasitəsilə təşviqi və yaşadılması önəmlidir.”

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxış edərkən deyib: “Bu gün Azərbaycan xalçaçıları üçün əlamətdar gündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə 5 may - “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilməyə başlanıb və eyni zamanda 5 may “Azərxalça” ASC təsis edildiyi gündür. Xalçaçı gününün rəsmi səviyyədə qeyd olunması, Milli Xalça Festivalının təşkili xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsində vacib rol oynayır.”

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxışında bildirib: “Azərbaycan xalçaçılıq sənətini beynəlxalq səviyyədə təşviq etmək məqsədilə AZPROMO mütəmadi olaraq sərgilər keçirir və bugünki Milli Xalça Festivalı da həmin işə töhfədir. Azərbaycanın mədəni-irsinin xalçalar vasitəsilə dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin qonaqlarına xalça istehsalatımızı göstərmək vacibdir.”

Tədbirdə iştirak edən Milli Məclisin üzvləri, rəsmi qonaqlar, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı festivalının digər ziyarətçiləri açılış mərasimindən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix və “Heydər Əliyev 100” xalça sərgilərini ziyarət ediblər. Həmçinin, xalçaçıların nümayiş etdirdiyi xalça emalı prosesinin müxtəlif mərhələlərini maraqla izlədikdən sonra, İçərişəhərdəki gül xalçası da daxil olmaqla, digər sərgi məkanları ilə tanış olublar.

İki gün davam edən festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlər keçirilməkdədir. Bura qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Festivalın ilk günündə İçərişəhərin sakinləri və qonaqları üçün açıq səma altında film nümayişi təşkil olunub.

Qeyd edək ki, Milli Xalça Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.

Paylaş:
227

Son xəbərlər

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47Helikopter qəzası ilə bağlı axtarışlar başa çatıb, həlak olanların meyitləri Təbrizə göndərilibBu gün, 10:26Azərbaycan Prezidenti İranın Ali Rəhbərinə başsağlığı veribBu gün, 10:09Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılırBu gün, 09:55Bakının iki qəsəbəsində qaz olmayacaqBu gün, 09:45Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 09:33AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:32İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olubBu gün, 09:23Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:01İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32
Bütün xəbərlər