Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib

Qafar Ağayev14:34 - 27 / 04 / 2024
Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib

Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir.

1news.az xəbər verir ki, Sumqayıt şəhərində təşkil edilən növbəti aksiya görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunub.
Nazirliyin Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarına yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Budəfəki tədbirdə kollecin müəllim və tələbə heyəti tərəfindən asfiksiya, kliniki ölüm, bədbəxt hadisələr zamanı həyatı təhlükəni ortadan qaldırmaq, həyatı funksiyaların bərpası və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda, maarifləndirici tədbir xəstə və ya yaralının vəziyyətinin pisləşməsinin qarşısını almaq, yaxşılaşmanı asanlaşdırmaq, peşəkar həkim gələnə qədər hadisə yerində yaralıya (xəsarət almış şəxsə) ilk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsi məqsədilə təşkil olunub.

a group of people in white robes
a man and woman in garment

Tədbir iştirakçılarına görkəmli alim oftalmoloq akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sumqayıt Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə İlk tibbi yardım - ikinci həyata addım” adlı fleşmob təşkil olunub.
Fleşmobda kollecin tələbələri tərəfindən akademik Zərifə xanım Əliyevanın doğun gününə həsr olunan 101 rəqəmi vizual olaraq nümayiş etdirilib.

a stage with a large screen and speakers
a group of people standing outside

Həmçinin, “İlk tibbi yardım öyrən - həyat xilas et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.
Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Həmçinin, kollecin tələbələri mulyaj və insanlar üzərində ürəyin qapalı masajı, süni tənəffüsün verilməsi qaydalarını nümayiş etdiriblər. Bundan əlavə, aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.

Paylaş:
192

Son xəbərlər

Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:25Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:07Mingəçevir polisi əməliyyat keçirdi - Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıbBu gün, 08:54Bu gün 9 May - Qələbə GünüdürBu gün, 08:47Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb08 / 05 / 2024, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq08 / 05 / 2024, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir08 / 05 / 2024, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB08 / 05 / 2024, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ08 / 05 / 2024, 16:06
Bütün xəbərlər