Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb

Qafar Ağayev17:56 - 25 / 04 / 2024
Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb

Xocalı rayonunun Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.

Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) aprel ayının 24-də aparılan bərpa-quruculuq və abadlıq işləri zamanı insan qalıqlarının aşkar olunması faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 2 nəfərə aid sümük fraqmentləri tapılmış və bununla da, aşkar olunan insan qalıqlarının ən azı 8 nəfər şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilmişdir.

Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilməklə zəruri prosessual hərəkətlər icra edilir.

Paylaş:
306

Son xəbərlər

İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblarBu gün, 11:06İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edibBu gün, 10:21Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıbBu gün, 09:56Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:25Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:07Mingəçevir polisi əməliyyat keçirdi - Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıbBu gün, 08:54Bu gün 9 May - Qələbə GünüdürBu gün, 08:47Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39
Bütün xəbərlər