Naxçıvanda erkən nikahın qarşısı alınıb | 1news.az | Xəbərlər
İdman

Naxçıvanda erkən nikahın qarşısı alınıb

11:04 - 15 / 03 / 2024
Naxçıvanda erkən nikahın qarşısı alınıb

Naxçıvanda erkən nikahın qarşısı alınıb.

1news.az "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Şərur rayonunda erkən nikaha cəhd edilib.

Belə ki, Şərur rayon Ələkli kənd sakini 12 iyun 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan L.Ə. (ad və soyad şərtidir) 1999-cu il təvəllüdlü Şərur rayon Vərməziyar kənd sakini H.M. (ad və soyad şərtidir) ilə nişanlanaraq 2024-cü il 8 mart tarixində toy mərasimi keçirmələri ilə bağlı məlumat əldə edilib. Həmin məlumat əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi əməkdaşlarının və Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb, toy mərasimi keçirilən ünvana baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halın qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

Bütün baş verənlərdən, qanunamüvafiq söhbətdən nəticə çıxarmayan azyaşlının valideynləri və qarşı tərəfin yaxın qohumları israrla 2024-cü il 8 mart tarixində toy mərasimini keçirməyə cəhd ediblər. Aid təşkilatların nümayəndələrinin səyi nəticəsində hər iki tərəfin valideynlərinin və yaxın qohumlarının aqressiyasına məhəl qoyulmaraq erkən nikahın qarşısı alınıb.

Bildirilib ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq.

"Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.

Paylaş:
613

Son xəbərlər

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47Helikopter qəzası ilə bağlı axtarışlar başa çatıb, həlak olanların meyitləri Təbrizə göndərilibBu gün, 10:26Azərbaycan Prezidenti İranın Ali Rəhbərinə başsağlığı veribBu gün, 10:09Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılırBu gün, 09:55Bakının iki qəsəbəsində qaz olmayacaqBu gün, 09:45Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 09:33AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:32İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olubBu gün, 09:23Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:01İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12
Bütün xəbərlər