Qəzzada ölən fələstinlilərin sayı 31 min nəfəri ötüb | 1news.az | Xəbərlər
Dünya

Qəzzada ölən fələstinlilərin sayı 31 min nəfəri ötüb

16:13 - 12 / 03 / 2024
Qəzzada ölən fələstinlilərin sayı 31 min nəfəri ötüb

Qəzzada ölən fələstinlilərin sayı 31 184 nəfərə çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, ötən sutka ərzində İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatları nəticəsində 72 nəfər həlak olub, 129 nəfər yaralanıb.

Bununla da ötən ilin 7 oktyabr tarixindən indiyə qədər Qəzzada ölən fələstinlilərin ümumi sayı 31 184 nəfərə çatıb. Ötən dövr ərzində 72 889 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il 7 oktyabrda HAMAS İsrailn cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib.

İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslər olub.

HAMAS silahlıları həmin hücumda 240-dan çox israillini girov götürüb.

İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı "Dəmir Qılınclar" (“İron Swords”) əməliyyatına başlayıb, Qəzzaya hava zərbələri endirib. 24 oktyabrdan isə İsrail ordusu Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.

Paylaş:
671

Son xəbərlər

Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55
Bütün xəbərlər