AFFA hakimləri təhqir edən şəxsləri cəzalandırıb | 1news.az | Xəbərlər
Futbol

AFFA hakimləri təhqir edən şəxsləri cəzalandırıb

Qafar Ağayev15:38 - 08 / 02 / 2024
AFFA hakimləri təhqir edən şəxsləri cəzalandırıb

AFFA İntizam Komitəsi Region Liqasında hakimləri təhqir edən şəxsləri cəzalandırıb.

1news.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Ümid” (Saatlı) komandası ilə görüşdə “Olimpiya Ağcabədi”nin ehtiyat oyunçuları və özünü komandanın nümayəndəsi adlandıran şəxslər hakimin üzərinə yüyürərək təhqiramiz ifadələr işlədiblər və referini təhdid etdiklərinə görə matç yarımçıq dayandırılıb.

Bu səbəbdən Ağcabədi təmsilçisinə texniki məğlubiyyət verilib.

“Olimpiya Ağcabədi”nin futbolçusu Cəlil Abdullayev və onun komanda yoldaşı Şahin Rüstəmov ədalət təmsilçisini təhqir etdikləri üçün 5 oyunluq cəzaya məruz qalıblar.

"Cürət" komandasının oyunçusu Murad İsayev İCBFA ilə qarşılaşmada referini təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb. Rəqib komandadan Nadir Əzimli də bu hərəkətə görə eyni cəzanı alıb.

AFFA U-10 Liqasında da hakim təhqir olunub. “Azəri” komandasının baş məşqçisi Elşən Əliyev “Lokomotiv” (Gəncə) ilə görüşdə texniki zona qaydalarını pozaraq meydana çıxıb. Ardınca ədalət təmsilçisini təhqir edib və ona qarşı əl-qol hərəkətləri etdiyi üçün 6 matçlıq diskvalifikasiya olunub.

Paylaş:
1244

Son xəbərlər

Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07
Bütün xəbərlər