36 ildən sonra Xankəndiyə qayıdış | 1news.az | Xəbərlər
Futbol

36 ildən sonra Xankəndiyə qayıdış

14:34 - 25 / 12 / 2023
36 ildən sonra Xankəndiyə qayıdış

2023-cü il həm də Azərbaycan futbolunun Xankəndiyə qayıdışı ilə əlamətdar oldu.

Əvvəlcə tarixə ekskursla başlayıb qeyd edək ki, sovet dövründə burada da “Qarabağ” adlı komanda fəaliyyət göstərib, SSRİ çempionatının 2-ci liqasında çıxış edib.

Ən böyük uğuruna 1979-cu ildə öz zonasında üçüncü yeri tutmaqla imza atıb, özü də azərbaycanlı məşqçi Əli Əbilzadənin rəhbərliyilə: 1-ci liqaya yüksələn Gürcüstan “Quriya”sından da cəmi üç xal geri qalıb.

1988-ci ildən o komandanın de-fakto Azərbaycanla bütün əlaqələri kəsilib. Bizim komandalarla qarşılaşmasın deyə, əsasən, Qafqaz təmsilçilərinin yer aldığı 9-cu zonadan uzaqlaşdırılıb, hətta 1990-1991-ci illərdə ikinci liqanın Ermənistan zonasında yarışıb. Ermənilərin Qarabağda qanunsuz ərazi iddiaları ilə başlayan məlum hadisələrdən əvvəl 1987-ci ildə isə Xankəndidə Azərbaycanın digər komandalarından Gəncə “Kəpəz”i, Sumqayıt “Şəfəq”i, Mingəçevir “Avtomobilçi”si və son olaraq sentyabrın 15-də Qazax “Göyəzən”i çıxış edib…

Nəhayət, Azərbaycan futbolçularının yenidən Xankəndi stadionunun meydanına çıxmaları 36 ildən çox çəkən fasilədən sonra reallaşdı.

Ölkə Prezidenti İlham Əliyevin də izlədiyi və topa ilk zərbəni vurduğu oyunda Ağdam “Qarabağ”ı 90+5-ci dəqiqədə Nəriman Axundzadənin qolu ilə aşağı liqa təmsilçisi MOİK-ə 1:0 hesabı ilə qalib gələrək Azərbaycan kubokunda 1/4 finala yüksəldi...

Bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Xankəndi işğaldan azad olunduqdan sonra artıq oktyabrda “Qarabağ”ın hazırkı futbol mövsümündə bəzi ev oyunlarını bu şəhərdə keçirə biləcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Elə o vaxtdan Xankəndi şəhər stadionunda təmir-bərpa işlərinə start verildi. Noyabrın 15-də isə “Qarabağ”ın ölkə kubokunda oyununu sözügedən arenada keçirəcəyi barədə məlumat yayıldı. Nəhayət, dekabrın 21-də Gənclər və İdman Nazirliyi, PFL və Bakı Şəhər Halqasının təşkilatçılığı ilə tarixi hadisə reallaşdı. Maraqlıdır ki, rəsmi məlumata əsasən, 4590 tamaşaçının canlı izlədiyi bu qarşılaşmanın hakim-inspektoru da tarixi sima – Xankəndi “Qarabağ”ında oynamış sonuncu azərbaycanlı Munis Abdullayev idi. 1987-ci ildə iyirmi iki yaşı olan həmyerlimiz o vaxt komandanın 30 oyununun hamısında çıxış edib, iki qol da vurmuş, Xankəndidə sonuncu dəfə 1987-ci il oktyabrın 5-də meydana çıxmışdı...

2024-cü ildə Xankəndinin futbol və digər idman yarışlarına daha tez-tez ev sahibliyi edəcəyi gözlənilir. Azərbaycan kubokunun dörddəbir və yarımfinal mərhələlərində komandalar artıq iki dəfə - evdə və səfərdə qarşılaşacaqlar. “Qarabağ”ın gələn il kubokda növbəti ev oyunlarının (fevralın 6 və ya 7-də “Sabah”la qarşılaşmalıdır), həmçinin iyunun 2-nə təyin edilən final qarşılaşmasının Xankəndidə keçiriləcəyi də istisna edilmir. Azərbaycan ordusunu təmsil edən MOİK komandası da Premyer Liqaya yüksələcəyi təqdirdə 2024/25 mövsümündən Xankəndiyə köçərək ev oyunlarını orada keçirə bilər. 2024-cü ilin fevralında ilk dəfə UEFA Avropa Liqasında qrupdan sonrakı pley-off mərhələsində çıxış edəcək “Qarabağ” – eləcə də Azərbaycan futbolu – üçün növbəti tarixi hadisə isə sonuncu dəfə 12 may 1993-cü ildə oynadığı dogma Ağdamda yenidən inşa ediləcək “İmarət”ə qayıdış olacaq.

Rasim Mövsümzadə

Paylaş:
1890

Son xəbərlər

İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47Helikopter qəzası ilə bağlı axtarışlar başa çatıb, həlak olanların meyitləri Təbrizə göndərilibBu gün, 10:26Azərbaycan Prezidenti İranın Ali Rəhbərinə başsağlığı veribBu gün, 10:09Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılırBu gün, 09:55Bakının iki qəsəbəsində qaz olmayacaqBu gün, 09:45Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 09:33AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:32
Bütün xəbərlər