İdman meydançası, tibb müəssisəsi, görüntülü danışıq otaqları - Umbakı penitensiar kompleksindən REPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

İdman meydançası, tibb müəssisəsi, görüntülü danışıq otaqları - Umbakı penitensiar kompleksindən REPORTAJ

Qafar Ağayev16:05 - 20 / 11 / 2023
İdman meydançası, tibb müəssisəsi, görüntülü danışıq otaqları - Umbakı penitensiar kompleksindən REPORTAJ

Bir müddət əvvəl Bakının Umbakı qəsəbəsində yeni müasir penitensiar kompleks istifadəyə verilib.

Cəmiyyətin marağı nəzərə alınaraq həmin penitensiar kompleksdə yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi tərəfindən noyabrın 20-də geniş ictimai təqdimat keçirilib, media-tur təşkil olunub.

1news.az-ın əməkdaşlarının da iştirak etdiyi media-turda Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının təmsilçiləri, hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, çoxsaylı media nümayəndələri iştirak ediblər.

İctimaiyyət nümayəndələri kompleksdə məhkumların tibbi təminatı ilə bağlı yaradılmış Tibb-sanitar hissələri də tanış olublar.

Bildirilib ki, saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.

Eyni zamanda kompleksdə məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması məmnunluqla qarşılanıb.

Tanışlıq zamanı həmçinin, uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib. Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.

İştirakçılar məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları tanış olub, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün yaradılan infrastruktura maraq göstəriblər.

Məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxdə, yeməkxanada, habelə sənaye tipli qurğuları olan camaşırxanada olaraq yaradılan yüksək şəraiti təqdir ediblər.

Tanışlıqdan sonra media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün brifinq keçirilib.

Müəssisə barədə məlumat verən Ədliyyə Nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir.

Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaq.

“Ədliyyə Nazirliyində Penitensiar sistemin müasirləşdirilməsi istiqamətində islahatlar davam edir. Bu islahatlar çərçivəsində dövlət büdcəsi hesabına yeni müəssisələr tikilib istifadəyə verilir. Umbakı penitensiar kompleksin istifadəsi də bu tədbirlərin davamı kimi tikilib istifadəyə verilib. Lənkəranda və Gəncədə də belə müəssisələr inşa edilir. Dövlətimizin siyasətinə uyğun olaraq əsas məqsəd bütün məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Oqtay Məmmədov deyib ki, kompleksin ümumi saxlanma limiti 1.300 nəfərdir və orada 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub ki, həmin kameralarda məhkumlar hər cür şəraitlə təmin edilib, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb.

“Eyni zamanda, kompleksdə təcridxana hissəsində təqsirləndirilən şəxslərin saxlanılması nəzərə alınaraq müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub”.

O.Məmmədov qeyd edib ki,cəzaçəkmə müəssisəsəsinə məhkumların köçürülmə məsələsi yaxın günlərdə həyata keçiriləcək. O cümlədən, cəzaçəkmə müəssisəsinin müşayiətedici konvoy dəstəsi olacaq. Eyni zamanda, onları mühafizə edəcək bölük nəzərdə tutulub. Əsgərlərin qalma yeri və qidalanması üçün nəzərdə tutulan yerlərlə də tanış oldunuz. Məqsəd cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”.

Rəis müavini bildirib ki, məhkumların qida təminatı Nazirlər Kabinetinin qərarına uyğun olaraq çeşidlənib.

“Bu istiqamətdə biz pilot layihə həyata keçiririk. Belə ki, kulinariya Mərkəzinin peşəkar aşpazları tərəfindən məhkumlara aşpaz kursları keçirilir. Onlara keyfiyyətli yeməyin bişirilməsi öyrədilir. Yeməyin bişirilməsində birbaşa aşpazların özləri də iştirak edirlər. Bu da qida təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək bir layihədir”.

“Bütün müəssisələrimizdə olduğu kimi burada da məhkumların faydalı əməklə məşğul olması üçün şərait yaradılıb. Burada sexlər yaradılıb və məhkumlar əmək fəaliyyəti ilə məşğul ola biləcəklər” – deyə, o, əlavə edib.

Foto: Nadir İbrahimli

Paylaş:
1819

Sizin üçün xəbərlər

Son xəbərlər

İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47Helikopter qəzası ilə bağlı axtarışlar başa çatıb, həlak olanların meyitləri Təbrizə göndərilibBu gün, 10:26Azərbaycan Prezidenti İranın Ali Rəhbərinə başsağlığı veribBu gün, 10:09Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılırBu gün, 09:55Bakının iki qəsəbəsində qaz olmayacaqBu gün, 09:45Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 09:33AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:32
Bütün xəbərlər