Dağların arasında gizlənən möcüzə - Xınalıqdan FOTOREPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Dağların arasında gizlənən möcüzə - Xınalıqdan FOTOREPORTAJ

Aynurə Xudaverdiyeva12:11 - 28 / 09 / 2023
Dağların arasında gizlənən möcüzə - Xınalıqdan FOTOREPORTAJ

Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan Xınalıq Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənddir.

5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.

Turizm şirkətləri tənhalıq, uzunmüddətli gəzinti və sakitlik axtaranları Xınalığa dəvət edirlər.

Qeyd edək ki, “Xınalıq kəndi və Köç yolu” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

UNESCO-nun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul edilib.

Qeyd edək ki, bu, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 5-ci ərazisidir.

Əlçatmaz dağ kəndlərindən biri olan Xınalıqda 2021-2024-ci il müddətində ümumilikdə 60- a yaxın evin tikilərək təhvil verilməsi planlaşdırılır. Bunu qoruqların idarə etmə mərkəzinin əsas tikinti sektorunun müdiri Elşən Ağalarov 1news.az-a açıqlamasında bildirib.

"Elşən Ağalarov deyib ki, 2021-ci ildə 16, 2022-ci ildə isə 11 ev bərpa olunaraq, əhaliyə təhvil verilib, əlavə olaraq 2024-cu ildə 18 evin tikilməsi nəzərdə tutulub. Xınalıqda muzeyin tikilməsi ilə bağlı konseptdə var. Layihələndirmə və tikinti cari ildə nəzərdə tutulub".

Xınalıqda 25-ə qədər ailə (şəxsi evlərdə) turist qəbul edir. İl ərzində kəndə təxminən 250–300 turistə (xarici ölkə vətəndaşlarına) şəxsi evlərdə xidmət göstərilir. Evlərdə qonaqların yaşaması üçün şərait zəif, lakin təmizdir. Bir neçə evdə hamam var. Hamam və tualet evdən kənarda yerləşir. Qonaqlara bir qayda olaraq evin bir otağı verilir. Çox az evlərdə normal mebel var. Həmin ailələr turistlərə müxtəlif cür xidmətlər göstərərək orta hesabla 1000–1500 manat qazanc əldə edir.

Kənd sakinlərinin sözlərinə görə, qışda bu kənddə yaşayış çox çətinləşir. Hava şəraiti yaşayış üçün insanlara çətinlik yaradır.

“Məktəb olsa da şagirdlər əsasən məktəbin yanındakı internat məktəbində qalırlar. Həftəsonları da valideynləri onları götürüb evə aparırlar. Kənddəki məktəbə qonşu kəndlərdən də şagirdlər gəlir”.

Həmçinin səfərimiz zamanı Xınalığa turistlərə xidmət göstərən 16 sakinə avadanlıqlar verildi.

Bildirilir ki, avadanlıqların verilməsi Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində sakinlərə təqdim olunub.

2023-cü ilin sentyabrın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Agentliyin tabeliyində “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir. Sentyabrın 18-də isə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın qurumun Ümumdünya irs siyahısına daxil edilməsinə dair qərar qəbul olunub.

Qeyd edək ki, Xınalıq barəsində tarixi tədqiqatlar çox azdır. Tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Bu kəndin sakinləri özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Xınalıq kəndinin əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dildə danışırlar. Bu dili xınalıqlılar Kətiş dili (xınalıq dili) adlandırırlar.

1news.az Qubanın əsrarəngiz Xınalıq kəndindən fotoları sizə təqdim edir:

Paylaş:
2131

Sizin üçün xəbərlər

Son xəbərlər

İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17
Bütün xəbərlər