Taksi sahəsində yeni qaydalar - Nəticələr necə olacaq? – Ekspertdən İZAH | 1news.az | Xəbərlər
Reportaj

Taksi sahəsində yeni qaydalar - Nəticələr necə olacaq? – Ekspertdən İZAH

Qafar Ağayev13:45 - 21 / 08 / 2023
Taksi sahəsində yeni qaydalar - Nəticələr necə olacaq? – Ekspertdən İZAH

Bildiyimiz kimi Prezident İlham Əliyev avqustun 18-də "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Oktyabrın 1-dən qüvvəyə minəcək yeni qanunla sərnişin və yük daşımaları sahəsində bir sıra yeniliklər olacaq, o cümlədən taksi kimi istifadə edilən nəqliyyat vasitələrində taksometrlər quraşdırılacaq.

Taksi sahəsində dəyişiklər nələrə gətirib çıxaracaq?Bu sahədə qiymətlərin artması gözlənilirmi?

Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, bugünə kimi fəaliyyət göstərən şirkətlərin tətbiqləri demək olar taksometr funksiyasını daşıyır.

“Şirkətlərin tətbiqləri vasitəsilə kilometrə görə qiymət hesablanır. Eyni şey daha geniş bazar iştirakçılarına tətbiq olunacaq. Yəni, tətbiqsiz sifariş etmək mümkün olmacaq. Bu, sadəcə mövcud vəziyyəti nizama gətirmək üçün bir qərardır. Bazarda son illər, qeyri-qanuni sərnişin daşıma ilə məşğul olanların sayı çoxdur, uçota alınmayanların da sayı çox idi və bunu düzəltmək üçün müəyyən qaydalar qoyulub. Bu qaydalarla məlumatların dövlətə ötürülməsi, həmçinin uçota alınması, vergi ödənişlərinin səhmana salınması, iş və istirahət məsələlərinin yaxşılaşdırılması yönündə qərarlar özünü müsbət yöndə göstərəcək. Həmçinin burada maraqlı bir məqam da var ki, yeni qərara əsasən, həm yük, həm də sərnişin daşıyan hüquqi şəxslərlə 7 illik müqavilə bağlanacaq. Uzunmüddətli müqavilələrin olması investisiyaların cəlb edilməsi üçün stimul olacaq. Buna qədər birillik müqavilələr idi, bu isə dayanıqlı deyildi. Yəni, kredit alıb hansısa investisiyaya yatırmaq riskli görünürdü. Amma indi uzunmüddətli müqavilələrlə bu məsələ də öz həllini tapmış oldu”.

Rauf Ağamirzəyev

Eskpert bildirilib ki,taksi qiymətlərinin minimum həddi bəlli olub.

“Ola bilər ki, müəyyən qism insanlar prioritetin dəyişsin, ictimai nəqliyyata yönəlsin. Burada diqqət ayrılası məqamlar var ki, ictimai nəqliyyatın üstünlüyünü təmin etmək lazımdır. İctimai nəqliyyatın sürətli hərəkətini təmin etmək üçün sərt nəzarət və cəzaların sərtləşdirilməsinə ehtiyac var. Başqa bir məsələ də qısa məsafələrdə alternativlərin, yəni, piyadaların hərəkət etməsi üçün səkilərin abadlaşdırılması, baryerlərin aradan qaldırılması və mövcud yol sahəsi çərçivəsində optimail istifadəsi hədəf qoyularaq, standartlarda bəzi dəyişikliklərə ehtiyac var. Mikromobillik vasitələri üçün velozolaqların şəbəkəsinin də yaradılması bu alternativlərə töhfə verəcək və insanlarımız fərqli hərəkətlə öz mobilliyini təmin edəcək. İnfrastruktur yaradılsın, şəhər sakinləri özləri qərar versin ki, hansı məsafəni necə gedəcək?”

Paylaş:
2744

Sizin üçün xəbərlər

Son xəbərlər

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28
Bütün xəbərlər