Özləri bilmədiyi halda bəzi valideynlər övladlarının rus dilində təhsil almasını istəyirlər - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Özləri bilmədiyi halda bəzi valideynlər övladlarının rus dilində təhsil almasını istəyirlər - ŞƏRH

Aynurə Xudaverdiyeva12:29 - 16 / 08 / 2023
Özləri bilmədiyi halda bəzi valideynlər övladlarının rus dilində təhsil almasını istəyirlər - ŞƏRH

Son illərdə Azərbaycanda orta məktəblərin rus bölməsində təhsil alanların sayı durmadan artır.

Hazırda məktəblərin birinci siniflərində və məktəhazırlıq qruplarının rus dili bölməsində boş yer tapmaq mümkünsüz vəziyyətə gəlib çatıb. Sanki valideynlər övladlarının rus dilində təhsil alması üçün bir-biri ilə yarışa giriblər. Bəziləri aylar öncədən uşaqlarını rus bölməsinə yazdırır. Statistikalara baxsaq görərik ki, elə siniflər var ki, şagird sayı 40-dan çox olur. Bu da təhsilin keyfiyyətini aşağı salır.

Sual yaranır ki, niyə bəzi valideynlər bütün bu sadalananlara məhəl qoymayıb övladını inadla rus bölməsində oxutmaq istəyirlər? Hətta elə valideynlər var ki, özləri rus dilində danışa bilmir, amma övladının rus dilində təhsil almağını istəyir.

Məsələ ilə bağlı 1news.az-a təhsil eksperti Cahid İmanlı danışıb. Ekspertin sözlərinə görə, artıq Təhsil Nazirliyi birinci siniflərin rus bölməsinə qəbulu zamanı ilkin imtahan mərhələsi aparır:

“Bu ilkin imtahan mərhələsində dil bacarıqları, rus dilini nə dərəcədə başa düşməsi müəyyən olunur. Ümumiyyətlə, məsləhətdir ki, övladını rus bölməsinə yazdırmaq istəyən valideynlərdən ən az biri rus dilini təmiz bilsin. Çünki uşaq sözügedən imtahanı keçsə də sonra onun dərsləri ilə məşğul olmaq, onların məktəbdə düşdükləri mühitdə özlərini daha rahat ifadə etmələri üçün valideynlərindən ən az biri rus dilini sərbəst bilməlidir. Yoxsa, məktəbdə rus, evdə azərbaycanca danışmaq uşağa iki tərəfdən ziyan vuracaq. O nə öz ana dilini, nə də başqa bir dili təmiz öyrənəcək. Rus bölməsində övladını oxutmaq həm azərbaycandilli, həm də rusdilli valideynlərin hüququdur”.

C.İmanlı deyir ki, statistikalara, əsasən, Azərbaycan bölməsindən məzun olanlar daha yüksək bal toplayır:

“Çox vaxt valideynlər elə düşünür ki, əgər uşaqları rusca oxusa, daha savadlı olacaq. Bu yanlış düşüncə tərzidir. Çünki rəsmi məlumatlara baxsaq görərik ki, hər il istər IX, istərsə də XI sinif şagirdləri imtahan verən zaman ən yüksək nəticələr Azərbaycan bölməsi şagirdlərində olur. Maraqlısı da budur ki, sözügedən statistika heç bir zaman dəyişmir. Çox böyük fərqlə hər zaman Azərbaycan bölməsi üzrə məzun olan şagirdlər yüksək ballar toplayıb, ən yaxşı ixtisaslara qəbul olub, ən yaxşı universitetlərdən məzun olurlar. Rus dili xarici bir dildir. Onu hər kəs istəsə öyrənə bilər. Valideynlərə tövsiyyəm övladlarını mütəmadi olaraq danışdıqları dildə təhsil almağa göndərsinlər”.

Paylaş:
2453

Sizin üçün xəbərlər

Son xəbərlər

İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17
Bütün xəbərlər