Fəsada çevrilən yanlış ixtisas seçimi - Səhv etməmək üçün hansı addımlar atılmalıdır? - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Fəsada çevrilən yanlış ixtisas seçimi - Səhv etməmək üçün hansı addımlar atılmalıdır? - ŞƏRH

Aynurə Xudaverdiyeva15:29 - 14 / 08 / 2023
Fəsada çevrilən yanlış ixtisas seçimi - Səhv etməmək üçün hansı addımlar atılmalıdır? - ŞƏRH

Doğru ixtisas seçimi gələcək karyeranın təməlidir.

Təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu işidir.

Bu iş mütəxəssis hazırlığının əsasını təşkil edir. Son zamanlar gənclərin bir hissəsinin məzunu olduqları ixtisas üzrə çalışmadıqlarını görə bilirik. Sual yaranır ki, bəs abituriyentlər düzgün ixtisas seçimində nələrə diqqət etməlidirlər?, Düzgün seçilməyən ixtisasın gələcəkdə həmin şəxsə nə kimi mənfi təsirləri ola bilər? Valideynlər övladlarının ixtisas seçiminə nə dərəcədə təsir etməldir?

Məsələ ilə bağlı 1news.az-a elm və təhsil məsələləri üzrə tədqiqatçı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri danışıb. Ekspertin sözlərinə görə, abituriyentlər özlərinə uyğun ixtisas seçməmişdən öncə bir neçə qaydalar var ki, ona əməl etməlidirlər:

“Bunlardan birincisi həmin ixtisas üçün ayrılan plan yerinə diqqət yetirməkdir. Çünki bir ixtisasın nə qədər vacib olduğunu ona ayrılan yerdən müəyyən etmək olur. Bəzən abituriyent ixtisas seçimi zamanı ixtisasın keçid balına önəm verirlər. Bu müəyyən dərəcədə yanlışdır. Düzdür, ixtisasın keçid balı önəmlidir. Amma ayrılan yer daha önəmlidir. Misal üçün bu il diqqət yetirdinizsə, II qrup üzrə dövlət sifarişli yerlərin sayı artırıldı, III qrup üzrə isə əksinə azaldıldı. Bunun səbəbi isə odur ki, ən çox tələb olunan, gələcəkdə ən vacib peşələrə yerlərin sayının çoxaldılmasıdır. Düzgün seçilməyən ixtisasın gələcəkdə həmin şəxsə bir sıra mənfi təsirləri olur. Məsələn çox gənclər bu gün ölkəmizdə təhsilin keyfiyyətinin aşağı olduğunu deyirlər. Əslində buradakı ən əsas səbəblərdən biri odur ki, onlar sevmədikləri ixtisasda oxuyurlar. Bu da onlara sıxıcı, maraqsız gəldiyi üçün həvəs də göstərmirlər”.

Ekspert həmçinin valideynlər övladların seçiminə əvvəlki qədər müdaxilə etmir:

“Valideynlər övladlarının ixtisas seçiminə əvvəllər çox qarışırdılarsa, artıq bu hal zəifləyib. Əslində bu çox sevindirici haldır. Çünki valideynlər görür ki, övladları istəmədikləri ixtisasda 4 il oxuyur sonda isə heç nə olmur, ya işləmək istəmir, ya da başqa sahəyə yönəlir, ona görə valideynlər qarışmır. Əslində mən də bunun tərəfdarıyam ki, valideynlər övladlarının ixtisas seçiminə qarışmasın. Məsləhət vermək olar, amma məcbur etmək düzgün deyil. Gələcəkdə həmin şəxslər onsuz da o sahədə çalışmayacaq”.

Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov saytımıza bildirib ki, abituriyentlərin ixtisas seçimi istəklərindən çox imtahanda topladıqları bala əsasən aparılır:

"Bu yanlış ixtisas seçiminə səbəb olan əsas amillərdən biridir. Çünki əksər yeniyetmə təki universitetdə oxusun deyə bunu qəbul edib, heç vaxt işləməyəcəkləri sahədə 4 il bakalavr təhsili alırlar. Digər bir səbəb valideynlərin təsiridir. Keçmiş nəsillə, indiki nəsil arasında məlum məsələdir ki, çox fərq var. Bəzən ailələr övladlarının fərqli sahədə təhsil almasına qarşı çıxırlar. Bu da gələcəkdə həmin şəxsin sevmədiyi ixtisasda çalışmasına, ya da tamam başqa sahəyə getməsinə səbəb olur. Başqa bir aspektdən baxsaq görərik ki, nə qədər abituriyent var ki, istədikləri ixtisasa qəbul olurlar, lakin təhsilləri ödənişli olduğu üçün maddi səbəblərdən dolayı təhsilə davam edə bilmirlər".

"Ümumiyyətlə, ixtisas seçimi edərkən məktəb zamanından hansı fənlərə daha çox maraq göstərdiyini, hansı peşəyə sahib olmaq istədiyini dəqiq müəyyən etmək lazımdır" - deyə, S.Məmmədov əlavə edib:

"Bəzi ixtisaslar var ki, 10 il bundan öncə vacib peşə hesab olunurdular, lakin indiki dövrdə həmin ixtisas öz aktuallığını itirib. İxtisas seçərkən onun əmək bazarındakı mövqeyinə də baxmaq, araşdırmaq lazımdır. Bəzən elə ixtisaslar olur ki, bu gün elə də vacib görsənməyə bilər, amma 10-15 il sonra ən çox tələb olunan ixtisasa çevrilə bilər".

Paylaş:
2566

Sizin üçün xəbərlər

Son xəbərlər

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22
Bütün xəbərlər