Cərimə, ödəmə vasitələri, pulsuz dayanacaq - Ödənişli parklanma yerləri ilə bağlı suallara CAVAB - ÖZƏL | 1news.az | Xəbərlər
Reportaj

Cərimə, ödəmə vasitələri, pulsuz dayanacaq - Ödənişli parklanma yerləri ilə bağlı suallara CAVAB - ÖZƏL

Qafar Ağayev17:51 - 27 / 07 / 2023
Cərimə, ödəmə vasitələri, pulsuz dayanacaq - Ödənişli parklanma yerləri ilə bağlı suallara CAVAB - ÖZƏL

Xəbər verdiyimiz kimi 25 iyuldan Bakı, Sumqayıt və Gəncə şəhərlərində nəqliyyat vasitələrinin parklanması üçün yeni tariflər müəyyənləşib.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Bu qərar dövlət yollarında təşkil edilmiş dayanacaqlara şamil edilir.

Dayanacaq qiymətləri şəhərin mərkəzində və yaşayış massivlərinin kənarında yerləşən parkinq yerlərindən asılı olaraq şaxələndirilib. Bakı şəhəri üçün 4 parkinq zonası müəyyən edilib və hər zonaya görə ödənişlər tutulur. Parkinqin qiyməti 30 qəpikdən 1 manata qədərdir.

Artıq bir çox yerlərdə məlumatverici lövhələr quraşdırılıb. Bununla belə bəzi məqamlar sürücülərə qaranlıq qalıb.

1news.az bütün bunları nəzərə alaraq, sürücüləri maraqlandıran bəzi məsələrlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə suallar ünvayıb.

Cavabları təqdim edirik:

- Avtomobilini park edən insanlar ödənişlərini yalnız tətbiq vasitəsilə ödəyə bilərlər yoxsa, başqa vasitələr də olacaq?

- Parklanma yerlərindən istifadə üçün nəzərdə tutulan ödənişlər yalnız nağdsız formada mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə həyata keçiriləcək. Sürücülərin bu barədə birbaşa yerində məlumatlandırılması məqsədilə parklanma yerlərində müvafiq yol nişanlarının altında xüsusi məlumat lövhələrinin quraşdırılır.

- Yeni quraşdırılan məlumatverici lövhələrdə parklanma üçün ödəniş edilmədiyi təqdirdə cərimə yazılacağı qeyd olunub. Bu cərimə necə yazılacaq, cəriməni polis yazacaq, yoxsa AYNA əməkdaşları?

- Ödənişli parklanmanın tətbiq ediləcəyi hər bir küçə barədə əvvəlcədən məlumatlandırmanın həyata keçirilməsi nəzərdə tutulub. Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə üçün ayrılmış əməkdaşlar tərəfindən nəzarət ediləcək. Ödəniş edilməməsinə görə inzibati tənbeh tədbiri AYNA tərəfindən tətbiq olunacaq.

- Parklanmaya görə ödənişin edilməməsinə görə cərimə nə qədər müəyyənləşdirilir?

- Ödənişli küçə parklanma yerlərindən istifadəyə görə ödəniş edilməməsi inzibati məsuliyyət yaradan haldır. İnzibati Xətalar Məcəlləsinin 346-1.1 maddəsinə əsasən bu cür xətaya yol verən sürücülər 10 manat məbləğində cərimə olunacaq.

- Hazırda məlumatverici lövhə qurulan yerlərdə vətəndaşlar ödəniş etməlidirlərmi?

- Hazırda məkrəz və 1-ci parklanma zonasına daxil olan yerlərdə müvafiq infrastruktur işləri aparılır. Bu çərçivədə parklanma yerlərində müvafiq yol nişanları, məlumat lövhələri quraşdırılır. Eyni zamanda da nişanlanma xətləri çəkilməkdədir. Yaxın günlərdə bu barədə əlavə məlumat verilcək.

- Ümumilikdə Bakı şəhərində nə qədər küçədə avtomobillərin parklanmasına görə ödəniş tələb olunacaq?

- Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” 25 iyun 2023-cü il tarxili 213 saylı qərarında ödənişli parklanma zonalarının əhatə etdiyi ərazilərin hüdudları müəyyən edilib. Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. 4-cü parklanma zonasına daxil edilən ərazilərdə parklanma ödənişsizdir.

- Qeyd olunub ki, axşam saat 22:00-dan səhər 07:00-a qədər və bazar günləri parklanma ödənişsizdir. Bu, şəhərin mərkəzi küçələrinə də aiddir?

- Bu qayda ödənişli parklanma zonasına daxil olan bütün parklanma yerlərinə (mərkəz, 1-ci, 2-ci və 3-cü zona) şamil edilir.

Paylaş:
9238

Sizin üçün xəbərlər

Son xəbərlər

Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47Helikopter qəzası ilə bağlı axtarışlar başa çatıb, həlak olanların meyitləri Təbrizə göndərilibBu gün, 10:26Azərbaycan Prezidenti İranın Ali Rəhbərinə başsağlığı veribBu gün, 10:09Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılırBu gün, 09:55Bakının iki qəsəbəsində qaz olmayacaqBu gün, 09:45Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 09:33
Bütün xəbərlər