Zəngilanın çiçəkləri... | 1news.az | Xəbərlər
Köşə

Zəngilanın çiçəkləri...

Ayşən İsmayılova17:00 - 01 / 05 / 2023
Zəngilanın çiçəkləri...

29 aprel...

Üfüqdən boylanan günəş comərd davranaraq şəfəqlərini hər yana səxavətlə paylayır, sanki bu yolla gələn qonaqları isti təbəssümlə salamlayırdı. Elə bu dəm "Zəngilan" yazısına yaxınlaşan avtobus getdikcə yavaşıyıb yazının yanında dayandı. Çox keçmədi ki, sərnişinlər avtobusdan enməyə başladılar. Enən kimi hərə bir işlə məşğul olmağa başladı; kimi ilk dəfə gördüyü yerləri diqqətlə nəzərdən keçirir, kimi həyəcanla şəkillər çəkdirir, kimi isə bir-biri ilə öz təəssüratlarını bölüşürdü.

Gənc bir xanım bir qədər aralıda arxası insanlara dönük şəkildə dayanıb uzaqlara tamaşa edirdi. Yeyin addımlarla ona doğru getdim, düz yanında ayaq saxlayıb dilləndim.

- Gözəl yerlərdir...

- Hə... Ancaq hər yer dəyişib.

- Bura ilk gəlişiniz deyil, deyəsən.

- Mənim uşaqlığım burada keçib.

- Siz də zəngilanlısınız?

- Hə, Zəngilanın özündənəm.

- Nə gözəl!

- Avtobusdan düşəndə güllərin ətri məni vurdu, elə bil uşaqlığıma qayıtdım.

- Neçə yaşınızda çıxmısınız buradan?

- 12 yaşım vardı. 28 ildən sonra ilk dəfədir ki, görürəm buranı.

Gözləri doldu, qəhərdən boğula-boğula təəssüflə başını buladı.

- Güllərin ətrini siz də hiss edirsiniz?

- Edirəm...

Bundan sonra söhbətimiz çox çəkmədi. "Tütək səsi"ndə deyildiyi kimi, o indi öz aləmində idi. İndi ona yalnız tək qalmaq lazım idi. Yavaş-yavaş uzaqlaşdım oradan, onun yanına bir də getmədim, ta ki avtobusla "Şəhidlər xiyabanı"ı ziyarət edənədək.

Onun əslən Zəngilandan olduğunu bilənlər başına toplaşır, o isə həzin səsi ilə xatirələrini bölüşürdü. Addımlarımı ona tərəf yönləndirib söhbətlərinə qulaq verdim. Rayonun sonuncu şəhidinin dəfnindən danışırdı. Oradan xeyli aralıda yerləşən məktəblərindən çıxıb dəfnə piyada şəkildə necə gəldiklərini və 1-2 həftə sonra qaçqınlıq düşdüyünü söyləyirdi.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyərək yenidən avtobusa mindik. Budəfəki yer Zəngilan rayonunun mərkəzi idi. Gözüm həmin xanımı axtardı və çox keçmədən tapdım. Uşaqlığının keçdiyi yurduna diqqət kəsilmişdi. Daha sonra gah həmin gündən xatirə olaraq şəkil və videolar çəkdi, gah da ətrafındakı insanlara rayonun əvvəlki vəziyyətindən danışıb necə viran qoyulduğunu söylədi. Sanki danışan gənc bir qadın yox, 12 yaşlı uşaq idi. Hiss olunurdu ki, xatirələrində yaşayan ağ-qara görüntülər ilə hazırkı görüntülərin üst-üstə düşməməsi ona əzab verir, kövrələn qəlbini didib-parçalayırdı.

Yeriyişimi sürətləndirib tələskənlikdən uzaq əda ilə addımlayan xanıma yaxınlaşdım.

- Burada kinoteatr vardı. Ora da musiqi məktəbimiz idi. Buranı görürsünüz? Əvvəllər muzey idi.

- Bəs sizin eviniz hansı tərəfdədir? – onu incitməkdən qorxa-qorxa soruşdum.

Mənimlə gözləşən xanım ayaq saxlamadan geriyə boylandı, əlini uzadıb dilləndi:

- Bizim evimiz o tərəfdə idi, indi izi-tozu da qalmayıb.

Gənc qadına aramsız şəkildə suallar ünvanlanırdı, o isə usanmadan bütün sualları ətraflı formada cavablandırırdı. Birdən gözü yolun kənarındakı akasiya ağacının üzərindəki salxım-salxım ağ çiçəklərə sataşdı. Yavaş-yavaş ağaclara sarı yeridi. Vaxt az olsa da, qətiyyən tələsmirdi. Sanki gördüyü hər yeri yaddaşına həkk etməyə çalışır, bu yolla 28 ilin əvəzini çıxırdı. Xeyli vaxt orada yubandı. Barmaqlarını nəvazişlə gəzdirdiyi güllərdən kiçik bir salxım dərib ətrini ciyərlərinə çəkə-çəkə bizə doğru gəldi.

- Biz uşaq vaxtı bunları yeyirdik, çox şirin olurdu. Keçibuynuzu var ha, balı da olur, bax ondandır. Uşaqlıqda özümüz də bilmədən özümüzü müalicə edirmişik.

- Görünür, uşaqlığınız maraqlı keçib – qeyri-ixtiyari dilləndim.

- Hə, amma yarım qaldı...

Araya çökən sükutu anidən ağlıma gələn sualla pozdum.

- Sizin adınız nədir?

Bayaqdan bəri danışırdıq, amma mən hələ də onun adını bilmirdim.

Üzümə baxıb təbiətinəxas sakitliklə dilləndi:

- Çiçək...

Ayşən İsmayılova

Bakı-Zəngilan-Bakı

Paylaş:
5819

Sizin üçün xəbərlər

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər