“Formula-1” mövsümü Avstriyada açmağa hədəflənib. Azərbaycan qran-prisi sentyabr və ya oktyabrda keçirilə bilər | 1news.az | Xəbərlər
FORMULA 1

“Formula-1” mövsümü Avstriyada açmağa hədəflənib. Azərbaycan qran-prisi sentyabr və ya oktyabrda keçirilə bilər

16:30 - 27 / 04 / 2020
“Formula-1” mövsümü Avstriyada açmağa hədəflənib. Azərbaycan qran-prisi sentyabr və ya oktyabrda keçirilə bilər

Fransa Qran-prisi 2020-ci ildə baş tutmayacaq.

1news.az -ın məlumatına görə, belə bir qərar yarış təşkilatçıları tərəfindən koronavirus pandemiyasının fəsadları səbəbindən qəbul edilib.

Fransa Qran-prisinin əvvəlcədən planlaşdırılan vaxtda baş tutmayacağı çoxdan bəlli idi. Yarışın iyunun 28-də keçirilməsi nəzərdə tutulmuşdu, ancaq hakimiyyətin kütləvi tədbirləri qadağan etməsi ilə əlaqədar olaraq Qran-prinin ən azı təxirə salınacağı bəlli idi. İndi isə təşkilatçılar yarışı tamamilə ləğv etmək qərarına gəldilər. Fransa Qran-prisi Avstraliya və Monakodan sonra ləğv edilən üçüncü yarış idi. Digər 7 mərhələ təxirə salınıb.

Beləliklə, ləğv edilməyən və ya yenidən planlaşdırılmamış cari təqvimdə ilk mərhələ 5 iyul tarixində keçiriləcək Avstriya Qran-prisidir. Bu gün “Formula-1”in icraçı direktoru Çeyz Keri açıqlama verərək 2020-ci ilə olan planlardan danışıb və mövsümü iyul ayında Avstriyada açmağı hədəflədiklərini bildirib.

“Səhər iyun ayının sonuna planlaşdırılan Fransa Qran-prisinin baş tutmayacağı elan edilsə də, indi bu yay mövsümü başlamaq planlarımızın həyata keçirilməsində əvvəlkindən daha çox inamlıyıq.

İyul, avqust və sentyabrın əvvəllərində Avropa mərhələlərini keçirməyi planlaşdırırıq. Sentyabr, oktyabr və noyabrda Avrasiya, Asiya və Amerikada yarışacağıq və mövsümü dekabrda Bəhreyndə və Abu Dabidə başa vuracağıq, ümumilikdə 15-18 mərhələ ocaq.

Ən qısa müddətdə son təqvimi dərc edəcəyik. İlk yarışın azarkeşsiz keçiriləcəyini gözləyirik, amma mövsüm davam etdikcə onların tədbirlərdə iştirak edə biləcəyinə ümid edirik.

Bir çox məsələlər həll olunmalı, komandalar və digər tərəfdaşlarımız bu ölkələrə gələ və orada işləyə biləcəkləri prosedurları təyin etməlidirlər. İştirakçıların sağlamlığı və təhlükəsizliyi prioritet olaraq qalır. Bu prosedurların risk və mümkün problemlərdən qaçacağımıza imkan verdiyinə tam əmin olandan sonra irəli doğru gedəcəyik.

FIA, komandalar, promouterlər və digər əsas tərəfdaşlar bütün bu müddət ərzində bizimlə işlədilər. İnanılmaz dərəcədə çətin bir dövrdə onlara göstərdikləri dəstək və səylərinə görə təşəkkür etmək istəyirik”- deyə, bəyanatda qeyd olunur.

Qeyd edək ki, 5-7 iyun tarixlərində keçirilməli olank Azərbaycan Qran-prisi qeyri-müəyyən müddətə təxirə salınıb. “Formula 1”in cari mövsüm üçün planlarına əsasən, Bakı yarışı sentyabr və ya oktyabr aylarında keçirilə bilər.

Lakin aprelin 24-də Baku City Circuit əməliyyat şirkəti Azərbaycanın yarışı tamaşaçısız keçirmək niyyətində olmadığını açıqladı. Bunu nəzərə alsaq 2020-ci ildə Bakıda Formula-1 yarışının olmayacağını düşünmək üçün bütün əsasların olduğunu deyə bilərik.

Teymur Maksutov

Paylaş:
4898

Son xəbərlər

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47Helikopter qəzası ilə bağlı axtarışlar başa çatıb, həlak olanların meyitləri Təbrizə göndərilibBu gün, 10:26Azərbaycan Prezidenti İranın Ali Rəhbərinə başsağlığı veribBu gün, 10:09Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılırBu gün, 09:55Bakının iki qəsəbəsində qaz olmayacaqBu gün, 09:45Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 09:33AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:32İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olubBu gün, 09:23Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:01İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32
Bütün xəbərlər