Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq | 1news.az | Xəbərlər
Mədəniyyət

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Qafar Ağayev16:38 - 26 / 04 / 2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Mayın 6-dan 31-dək Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu ilk dəfə olaraq my.culture.az vahid şəxsi kabineti vasitəsilə aparılacaq.

Mədəniyyət Nazirliyindən 1news.az-a verilən xəbərə görə, bununla da təhsilalanlar əlavə vaxt sərf etmədən və təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu da vətəndaş məmnuniyyəti, şəffaf və çevik ünsiyyətin təmin edilməsində önəmli rol oynayacaq.

Təhsilalanın müraciətinin nəticəsi, habelə imtahanın vaxtı və yeri ilə bağlı namizədin şəxsi kabinet və elektron poçt ünvanına bildiriş göndəriləcək.

Qeydiyyatdan uğurla keçmiş namizədlər iyunun 5-dən 15-dək əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Bütün imtahanlar yekunlaşdıqdan sonrakı 3 gün ərzində namizədin şəxsi kabinetinə nəticəyə dair bildiriş göndəriləcək. Uğur qazanmış təhsilalanlar 3 gün müddətində sistem üzərindən təhsil alacaqlarını təsdiq etməlidirlər.

Məlumat üçün bildirək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində tədrisin müasir tələblərə uyğun qurulması istiqamətində sistemli iş aparılır. Təhsilalanların elektron qəbulu prosesində ən vacib məqam rəqəmsallaşma, ölkədaxili informasiya sistemləri ilə inteqrasiya və əlçatan xidmət tələblərinə cavab verməkdir. Son dövrlərdə Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahat tədbirləri, hər şeydən əvvəl bu sahədə şəffaflığın və effektiv idarəetmənin təmin edilməsi üçün geniş imkanlar yardır. Bu istiqamətlərdən biri kimi Mədəniyyət Nazirliyi sistemində bütün xidmətlərin my.culture.az vahid şəxsi kabinet üzərindən inteqrasiyası uğurla icra olunur ki, bu da cəmiyyətlə daha çevik və hərtərəfli kommunikasiyanın qurulmasında vacib əhəmiyyət daşıyır.

Daha ətraflı məlumatı təqdim olunan tez-tez verilən sual-cavab bölməsi vasitəsilə əldə edə bilərsiniz.

Paylaş:
385

Son xəbərlər

Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 10:20Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:21Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 09:18Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:11Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:09Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıbBu gün, 09:05Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:58Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26
Bütün xəbərlər