“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO

13:08 - 26 / 04 / 2024
“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO

"SABAH.HUB İnnovasiya Mərkəzi çərçivəsində yer alan, və startap ideyaların reallaşmasına dəstək olan “SABAH.incubation” tərəfindən iki günlük "Green Hackathon" tədbiri həyata keçirilmişdir.

100-dən artıq şəxsin iştirakı ilə keçirilmiş tədbirdə “Dünyanı daha yaşıl və sağlam etmək” startap ideyalarını təqdim etmək məqsədi ilə yenilikçi gənclər, münsiflər qismində SABAH.HUB İnnovasiya Mərkəzi və partnyorların nümayəndələri çıxış etmişdir.

İlk gün, iştirakçılara çıxış mərasimi, "Kick-off" sessiyası, "Green" ideya formalaşdırılması və "Green" ideya problemlərinin həlli üçün sessiyalarında aktiv iştirak etdilər.

Hackathon prinsipinə uyğun olaraq, iştirakçılar 2 gün ərzində mentorlar və “SABAH.HUB” nümayəndələrin köməyi ilə təqdimatlara hazırlaşdılar.

Tədbirin ikinci günü formalaşmış 20-dən artıq komandalar biznes təqdimatlarını jüri qarşısında təqdim etdilər. Yarış sonunda, aşağıdakı komandalar qalib gələrək investisiya mükafatlarına layiq görülmüşdür:

• 1-ci yer - Ecoffin by Codage – 5.000 AZN dəyərində;

• 2-ci yer - Green Stone – 3.000 AZN dəyərində;

• 3-cü yer - EcoGuardians – 2.000 AZN dəyərində.

Həmçinin, 11 komanda SABAH.incubation proqramında iştirak vəsiqəsi qazandı.

Jüri üzvləri sırasında Orxan Abbasov (“SABAH.HUB”), Mübariz Şahbazlı (UNEC Startup Incubator), Tuğra Musayeva (PASHA Holding), İlham Əsgərli (SOCAR), Xeyrəddin Mehdizadə (SOCAR) kimi sektorda tanınmış şəxslər yer aldı.

Tədbirin təşkilatçısı “SABAH.incubation” olmaqla, mentor və logistika dəstəyi “UNEC Startup Incubator” Mərkəzi, Matrix Academy, Bakı Dizayn Akademiyası tərəfindən təmin edilmişdir. Media partnyoru kimi Trilogy.news fəaliyyət göstərdi.

“SABAH.incubation” tərəfindən təşkil olunan "Green Hackathon" tədbiri, startap ekosistemini gücləndirmək və daha yaşıl bir dünya üçün yenilikçi həllər yaratmaq missiyası ilə davam etdiriləcəkdir. Qeyd edək ki, “SABAH.HUB” İnnovasiya Mərkəzi 2 ildən artıq olan fəaliyyət dövrü çərçivəsində 100-lərlə startapın inkişafına dəstək və 3000+ şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olub. Ümumilikdə isə 1.19 mln AZN-dən çox məbləğdə şəbəkəsində olan startapların investisiya almasına dəstək olub.

“SABAH.HUB” İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin".

Reklam hüququnda

Paylaş:
369

Son xəbərlər

DİN: Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdırBu gün, 12:00Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildiBu gün, 11:57Azərbaycanın XİN başçısının ATƏT-in fəaliyyətdə olan sədri ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:43Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 11:23Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edibBu gün, 11:07Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01Qızıl və gümüş bahalaşıbBu gün, 10:58Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:21
Bütün xəbərlər