Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Qafar Ağayev17:35 - 24 / 04 / 2024
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə bu gündən başlayaraq aprelin 26-na qədər Qazaxıstanın Almatı şəhərində keçirilən və Mərkəzi Asiyanın aparıcı turizm sərgisi olan “KITF” turizm və səyahət sərgisində milli stendlə təqdim olunur.

1news.az bu barədə agentliyə istinadən xəbər verir.

92 m2 sahəni əhatə edən milli stenddə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, hotellər və turizm agentlikləri daxil olmaqla, ümumilikdə 9 sənaye tərəfdaşı təmsil edir. Sərgidə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B (Biznesdən biznesə) görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin tarixi, milli mətbəxi, adət-ənənələri, mədəni irsi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmuş obyektləri ilə tanış olur, müxtəlif turizm imkanları haqqında ətraflı məlumatlandırılırlar.

Milli stendin ziyarətçilərinə Qafqaz dağlarının mənzərəli gəzinti marşrutları, ekoturlar, isti termal bulaqlara səfərlər, Azərbaycanda fəaliyyət göstərən müalicəvi kurortlara turlar daxil olmaqla, yerli turizm təcrübələri təqdim olunur.

Sərginin açılış günü ölkələrarası turizmin inkişafına həsr olunmuş panel sessiyasında Azərbaycan Turizm Bürosu milli nümayəndəlik qismində çıxış edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayı 16 522 nəfər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,35 dəfə çoxdur.

Paylaş:
401

Son xəbərlər

Azərbaycanın XİN başçısının ATƏT-in fəaliyyətdə olan sədri ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:43Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 11:23Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edibBu gün, 11:07Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01Qızıl və gümüş bahalaşıbBu gün, 10:58Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:21Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 09:18Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:11
Bütün xəbərlər