Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Qafar Ağayev16:42 - 07 / 05 / 2024
Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Körfəz Əməkdaşlıq Şurasına üzv olan ölkələr üzrə (BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt) hazırlanan hesabatda Azərbaycan səyahət istiqaməti kimi üstünlük verilən 10 ölkə arasında 38% faizlə birinci pillədə yer alıb.

Dövlət Turizm Agentliyindən 1news.az-a verilən məlumata görə, “Connecting Travel Insight Report” adlanan hesabat tanınmış “Jacobs Media” şirkəti tərəfindən hazırlanaraq may 7-də “ATM Dubai 2024” çərçivəsində təqdim olunub. Hesabatda göstəricilər cari ilin məlumatlarını əhatə etməklə uçuş tutumunun həcmlərinə uyğun olaraq orta artıma müvafiq hesablanıb. Azərbaycanla yanaşı onluqda Misir, Tailand, Böyük Britaniya, İtaliya, Fransa, Gürcüstan, İsveçrə, Türkiyə və Maldiv Respublikası kimi ölkələr sıralanıb.

Tədbirdə çıxış edən Ümümdünya Səyahət və Turizm Təşkilatının (WTTC) Baş icraçı Direktoru Culiya Simpson öz çıxışında Azərbaycanın, həmçinin “Hotel Dayanıqlılığının Əsasları” proqramına qoşulmasını qeyd edərək bu təşəbbüsü yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Yaxın Şərq regionundan ölkəmizə səfər edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 51% artım müşahidə olunub.

Paylaş:
98

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər