Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO | 1news.az | Xəbərlər
İdman

Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO

Qafar Ağayev16:49 - 06 / 05 / 2024
Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı qəbul edib.

1news.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc idmançını böyük uğuru münasibətilə təbrik edən nazir onun Avropa çempionluğunun ölkəmizdə şahmat idman növünün inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Ü.Fətəliyeva göstərilən diqqətə görə təşəkkür edib. Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov və məşqçi Yevgeni Tomaşevski iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən şəxsi qitə çempionatında qızıl medal qazanaraq ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Paylaş:
392

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər