Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu! | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!

11:34 - 03 / 05 / 2024
Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!

“Gələcəyə doğru yatırım” şüarı ilə keçiriləcək “Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi” 1 iyun 2024-cü il tarixində “The Ritz Carlton Hotel” də baş tutacaq.

“Between Estates” MMC və “Facemark” MMC şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə həyata keçiriləcək olan tədbirin əsas məqsədi Azərbaycan investorlarına Türkiyə, Amerika, Braziliya və Avropa birliyi bazarında əmlak və digər investisiya imkanlarını necə effektiv istifadə edə biləcəkləri barədə məlumat verməkdir.

Peşəkar spikerlər Türkiyədəki əmlak layihələri, Avropa və Türkiyədə investisiyaların qoyulması, iqtisadiyyat və yaşam tərzi, iş və həyat yatırımları və geri dönüşləri, Braziliya və Amerikada yaşam tərzi və yatırım imkanları mövzularından danışacaqlar.

Tədbirdə “Between Estates” şirkətinin rəhbəri, eyni zamanda Amazon şirkətinin 15 ölkə üzrə layihə meneceri Günel Ağazadə, Ekspert Onur Sürenoğlu, HETCH-də Davamlılıq və Startap Sahəsinin rəhbəri Aliya Sabir, Amazon şirkətinin Baş Biznes İnkişafı Meneceri Patrycja Fusiewicz, ekspert Seymur Rasulov, “Vecon Centre" MMC-nin direktoru İradə Şükürova, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin təsisçi və direktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev, Kommersiya Əmlakının İdarə Edilməsi üzrə mütəxəssis Dərya Cəfərli, Amazon RBS Braziliya üzrə Regional Ölkə Meneceri Mariana Campos, “Bank of Baku” ASC-də Komplayens şöbəsinin müdiri Səbinə Bağırova və digər peşəkarlar spiker qismində çıxış edəcəklər.

Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinə bilet əldə etmək və tədbirlə bağlı daha ətraflı məlumat əldə etmək üçün www.propertyandinvestment.az saytına keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Linkedin: https://www.linkedin.com/company/beyn-lxalq-mlak-v-i-nvestisiya-zirv-si/about/?viewAsMember=true

Facebook: https://www.facebook.com/profile.php?id=61558462283859

İnstagram: https://www.instagram.com/propertyandinvestment.az/

Reklam hüququnda

Paylaş:
338

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər